“Neftçi” və “Zirə”dən qələbə
20.11.2021 , 20:26

Azərbaycan Premyer Liqasında 11-ci turun matçları davam edir.
Korner.az xəbər verir ki, 2-ci oyun günündə 2 görüş keçirilib.
Əvvəlcə “Zirə” evdə “Səbail”i qəbul edib və 3:1 hesabı ilə qalib gəlib. Digər qarşılaşmada isə “Neftçi” doğma meydanda “Sabah”la üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsi ilə bitib – 2:1.
20 noyabr (şənbə)
16:00. “Zirə” – “Səbail” – 3:1
Qollar: Qismət Alıyev, 23 (1:0), Davit Volkov, 47 (2:0), Loris Broqno, 74 (3:0), Rauf Əliyev, 87 pen. (3:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu
18:15. “Neftçi” – “Sabah” – 2:1
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev
Bakcell Arena
