“Sabah” və “Şamaxı”dan qələbə
26.01.2023 , 20:51

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.
Korner.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Günün ilk matçı “Şamaxı”da olacaq. Burada yerli komanda “Səbail”in müqavimətini qırmağı bacarıb – 2:1.
Turun son matçı Masazırda baş tutub. Turnir cədvəlində ikinci sırada qərarlaşan “Sabah” azarkeşləri önündə ən yaxın izləyicisi “Neftçi” ilə üz-üzə gəlib və 2:0 hesablə qələbə qazanıb.
Azərbaycan Premyer Liqası
XIX tur
26 yanvar
14:00. “Şamaxı” – “Səbail” – 2:1
Qollar: Emil Qasımov, 57, Amil Yunanov, 90 (pen.) – Qoba Zakpa, 33
19:00. “Sabah” – “Neftçi” – 2:0
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena”.
