“Qarabağ” və “Neftçi” son oyunda qələbə qazandı
28.05.2023 , 21:23

Bu gün Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünə yekun vurulub.
Konrer.az xəbər verir ki, sonuncu turun iki oyunu keçirilib.
Çempion “Qarabağ” azarkeşləri önündə “Turan Tovuz”u qəbul edib. Görüş Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə bitib.
Günün digər oyununda isə “Sabah” “Neftçi”nin qonağı olub. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə bitib – 1:0.
Azərbaycan Premyer Liqası
XXXVI tur
28 may
17:00 Neftçi – Sabah – 1:0
“Bakcell Arena”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Eyyub İbrahimov, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
19:30 Qarabağ – Turan Tovuz – 3:1
“Azərsun Arena”
Hakimlər: Əli Əliyev, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Rauf Allahverdiyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Azersun Arena”, 19:30
