“Neftçi” “Sabah” üçün hazırlaşır
20.10.2022 , 16:06

“Neftçi” Premyer Liqanın XI turunda qarşılaşacağı “Sabah”la oyunun hazırlığını davam etdirir.
Korner.az xəbər verir ki, “Kəpəz”lə matçın ertəsi günü istirahət edən “ağ-qaralar” oktyabrın 18-də hazırlığa başlayıb.
Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqdə əsasən toplu çalışmalar yerinə yetirilib.
“Neftçi” – “Sabah” oyunu oktyabrın 23-ü saat 18:30-da “Bakcell Arena”da keçiriləcək.
