“Neftçi” və “Sumqayıt”dan qələbə
18.10.2020 , 17:58

Bu gün Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.
Korner.az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş keçirilib.
Günün ilk oyununda Neftçi” doğma meydanda “Sabah”ı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Turun qapanış matçında isə “Sumqayıt”la “Zirə” üz-üzə gəlib. Meydan sahibləri bu görüşdən qələbə ilə ayrılıb – 2:1
Azərbaycan Premyer Liqası
VI tur
18 oktyabr
14:00. “Neftçi” – “Sabah” – 1:0
Hakimlər:Əliyar Ağayev, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Bakı. “Bakcell Arena”.
16:00. “Sumqayıt” – “Zirə” – 2:1
Hakimlər:Rəhim Həsənov, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev.
Sumqayıt. “Kapital Bank Arena”.
