Ölkə futbolu

“Neftçi” – “Sabah” matçı FİFA referisinə tapşırıldı

16.10.2020 , 22:21

Azərbaycan Premyer Liqasında VI turun növbəti təyinatları açıqlanıb.

Korner.az xəbər verir ki, “Neftçi” – “Sabah” matçı FİFA referisi Əliyar Ağayevə tapşırılıb.

“Sumqayıt” – “Zirə” görüşünü isə Rəhim Həsənov idarə edəcək.

Azərbaycan Premyer Liqası
6-cı tur

18 oktyabr

14:00. “Neftçi” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “Bakcell Arena”.

16:00. “Sumqayıt” – “Zirə”
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Sumqayıt. “Kapital Bank Arena”.

Son yazılar

Yuxarı