“Neftçi” “Sabah” ilə görüşün hazırlıqlarını davam etdirir
16.04.2019 , 19:12

“Neftçi” Topaz Premyer Liqasının 25-ci turunda qarşılaşacağı “Sabah” klubu ilə oyunun hazırlığını davam etdirir.
Klubun rəsmi saytına istinadən verilən xəbər görə, “Səbail”lə qarşılaşmadan sonra hazırlığa fasilə verməyən “Neftçi” bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb. Hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlığın sabah bir məşqlə davam etməsi nəzərdə tutulub.
Qeyd edək ki, aprelin 19-da “Əlincə Arena”da keçiriləcək “Sabah” – “Neftçi” oyunu saat 18:30-da başlanacaq.
