“Neftçi” – “Sabah”: biletlər satışda
31.01.2022 , 16:03

Azərbaycan Kubokunun 1/4 final mərhələsində fevralın 1-i saat 19:45-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sabah” oyununun biletləri satışa çıxarılıb.
Korner.az xəbər verir ki, qiymeti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündü.
Kassalar bu gün saat 18:00-dək, oyun günü isə 11:00-dan 19:45-dək işləyəcək.
