“Neftçi” Şəhidlər Xiyabanını ziyarət etdi
20.01.2023 , 12:21

Azərbaycan xalqının qan yaddaşı – 20 yanvar faciəsindən 33 il ötür.
Korner.az xəbər verir ki, bununla əlaqədar olaraq “Neftçi”nin nümayəndələri, əvəzedici komandanın və akademiyanın üzvləri Şəhidlər Xiyabanını ziyarət edərək Qanlı Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad ediblər, məzarlar önünə gül qoyublar.
