Bu gün Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, son oyun günündə 2 görüş baş tutacaq.
Günün ilk qarşılaşması Sumqayıtda keçiriləcək. Burada "Sumqayıt" "Kəpəz"i qonaq edəcək.
Turun son görüşü isə "İnter Arena"da olacaq. Burada yenilənən "Neftçi" "İnter"in qonağı olacaq.
Azərbaycan Premyer Liqası
XVII tur
9 fevral (cümə axşamı)
15:00. “Sumqayıt” – “Kəpəz” 3-1
Sergey Çernışev 7, Azər Salahlı 28, Məhəmməd Qurbanov 61 // Kərim Diniyev 71
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cavanşir Yusifov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sumqayıt. Şəhər stadionu
17:30. “İnter” – “Neftçi” 1-3
Rauf Əliyev 35 // Daniel Seqovia 13, Namiq Ələsgərov 17, İqnasio Herrera Fernandes 58
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Vüsal Əliyev
“İnter Arena”
