“Neftçi” “Səbail”i, “Sumqayıt” “Turan Tovuz”u məğlub etdi
16.03.2025 , 20:30

Bu gün Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub.
Korner.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.
“Neftçi” turnir cədvəlinin sonuncusu “Səbail”lə üz-üzə gəlib. Matç “ağ-qaralar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Sumqayıt” isə “Turan Tovuz”un qonağı olub. Vaqif Cavadovun komandası 2:1 hesablı qələbə qazanıb.
Azərbaycan Premyer Liqası
XXVII tur
16 mart
16:00 “Səbail” – “Neftçi” 1:2
Qollar:Rüfət Abdullazadə 44 – Ozobiç 17, Elvin Camalov 29
Baş hakim: Elçin Məsiyev
“ASCO Arena”
18:30 “Turan Tovuz” – “Sumqayıt” 1:2
Qollar: Ayxan Hüseynov 8 – AyxanSüleymanlı 18 Bobir Abdixolikov 63
Baş hakim: Əliyar Ağayev
Tovuz şəhər stadionu
