“Neftçi” – “Səbail”: biletlər satışda
04.10.2019 , 17:19

Premyer Liqanın VII turunda keçiriləcək “Neftçi” – “Səbail” oyununun biletləri satışa çıxarılıb.
Korner.az xəbər verir ki, biletlərin qiyməti VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir.
Biletləri oyunun keçiriləcəyi “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündü.
“Neftçi” – “Səbail” matçına sabah saat 19:15-də start veriləcək.
