“Neftçi” – “Səbail”: biletlər satışda
04.03.2022 , 15:27

Premyer Liqanın XVIII turunda martın 5-i saat 19:15-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Səbail” matçının biletləri satışa çıxarılıb.
Korner.az xəbər verir ki, qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Kassalar bu gün saat 18:00-dək, oyun günü isə 11:00-dan 19:15-dək işləyəcək.
