“Neftçi” və “Zirə” qalib gəldi
25.11.2018 , 19:05

Bu gün Topaz Premyer Liqasında XII tura yekun vurulacaq. Son oyun günündə iki qarşlaşma keçiriləcək.
Öncə lider “Neftçi” “Səbail”lə üz-üzə gələcək. “Ağ-qaralar” ilk dövrədə 4 cavabsız qolla məğlub etdiyi bu rəqibinə yenə xal verməməyə çalışacaq. Buna nail olacağı halda “ağ-qaralar” əsas izləyicisi “Qarabağ”ın xal itkisindən maksimum yararlanmış olacaq.
Turun qapanış matçı isə “Zirə” ilə “Sumqayıt” arasında baş tutacaq. Bu komandaların birinci dövrədə baş tutan oyununda sumqayıtlılar minimal hesabla qalib gəliblər.
Topaz Premyer Liqası
XII tur
25 noyabr
“Səbail” – “Neftçi” 0:2
Hakimlər: Rauf Cabbarov, Cəmil Quliyev, Vüqar Bayramov, Sərxan İsmayılov.
Bakı. “Bayıl Arena”, 17:00.
“Zirə” – “Sumqayıt” 3:1
Hakimlər: Səbuhi Bayramov, Mübariz Haşımov, Nahid Əliyev, Rəhim Həsənov.
Bakı. “Dalğa Arena”, 19:00.
