“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Rusiyanın məşhur “NTV Futbol” telekanalına müsahibə verib.
Korner.az-ın məlumatına görə, təcrübəli çalışdırıcı müsahibəsində “Neftçi” və ümumilikdə Azərbaycan futbolu haqda danışıb.
Hacıyevlə yanaşı, İqor Mitreski, Bahodir Nasimov da kanalın əməkdaşlarının suallarını cavablandırıb.
Veriliş cümə günü Bakı vaxtı ilə saat 22.00-da efirə veriləcək.