“Neftçi” Rusiyadakı turnirlə bağlı açıqlama yaydı
25.06.2023 , 14:57

“Neftçi”nin Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunacaq ənənəvi “Matç TV” turnirində iştirakı dəqiqləşib.
Korner.az xəbər verir ki, bu barədə klub rəsmi “Tvitter” hesabında paylaşım edib:
“Biz “Match TV Cup” üçün Sankt-Peterburqa gəlirik”.
Bu il futbol turnirinin iştirakçıları “Fənərbağça” (İstanbul, Türkiyə), “Neftçi” (Bakı, Azərbaycan), “Srvena Zvezda” (Belqrad, Serbiya) və “Zenit” (Sankt-Peterburq, Rusiya) olacaq.
