“Neftçi” səfərdə qalib gəldi
25.07.2019 , 22:55

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, təmsilçilərimizdən “Neftçi” də bu gün ilk matçına çıxıb. Roberto Bordinin komandası səfərdə Rusiyanın “Arsenal” klubu ilə qarşılaşıb.”Neftçi” 0:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda olacaq.
21:00. “Arsenal” (Tula, Rusiya) – “Neftçi” (Azərbaycan)-0:1
Qol:Dario Federiko, 45+1
Baş hakim: Enea Yorci (Albaniya)
Tula (Rusiya), “Arsenal” mərkəzi stadionu.
