Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Neftçi” – “Rubin” oyununda idarə edəcək bütün hakimlərin adı məlumdu.
Korner.az-ın məlumatına görə, noyabrın 8-də saat 21.00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça baş hakim təyin olunan Manuel Jorge Neves Mreyra de Souzaya həmyerliləri Bertino Cuhna Miranda, Rui Lisino Barbosa Tavares, Nuno Filipe Santos Tomas Pereyra, Joao Karlos Santos Kapela və Joao Francisko Lopes Ferreyra kömək edəcək.
Qarşılaşmanın hakim-inspektoru israilli Suheyl Daooddu. Matçın UEFA nümayəndəsi litvalı Janis Mejeçkis olacaq.
