Noyabrın 8-də UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində doğma azarkeşlər önündə "Rubin"lə qarşılaşacaq "Neftçi"nin bu oyununa maraq yüksəkdi.
Korner.az-ın məlumatına görə, artıq satışa çıxarılan 30 min biletdən 11 minə yaxını satılıb.
Qeyd edək ki, biletlərin qiyməti 2-50 manat arasında dəyişir.
