UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Neftçi" – "Rubin" oyununun biletləri sabahdan satışa çıxarılır.
Korner.az-ın məlumatına görə, son Azərbaycan çempionunun Kazan klubu ilə görüşünü izləmək istəyən fanatlar ən azı 2 manatından keçməli olacaqlar. Bu oyuna ən bahalı biletin qiyməti 50 manatdı.
Qeyd edək ki, noyabrın 8-də keçiriləcək oyun 21:00-da start götürəcək.
