UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Neftçi” – “Rubin” matçını idarə edəcək baş hakimin adı açıqlanıb.
Korner.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada ədaləti portuqaliyalı referi Manuel Jorje Neves Moreyra de Souzaya qoruyacaq.
Oktyabrın 8-də baş tutacaq qarşılaşmanı iadrə edəcək referi 2006-cı ildən beynəlxalq oyunlara təyinat alır. O, ÇL və Avropa Liqasının təsnifat mərhələlərində 1, Avropa Liqasının qrup mərhələsində 2 oyunu idarə edib.
Qeyd edək ki, “Neftçi” – “Rubin” matçı saat 21:00-da başlanacaq.
