Sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" – "Rubin" matçına bilet satışı davam edir.
Korner.az-ın məlumatına görə, artıq qarşılaşmaya 12 mindən çox bilet satılıb. Bu satışın oyunun başlama saatına kimi artmağı proqnozlaşdırılır.
"Neftçi"nin "Rubin"lə oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
