Bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək "Neftçi" – "Rubin" matçına bilet satışı davam edir.
Korner.az-ın məlumatına görə, artıq qarşılaşmaya 15 mindən çox bilet satılıb. Oyun saatına kimi isə, bu göstəricinin 20 mini keçəcəyi proqnozlaşdırılır.
Xatırladaq ki, bu gün keçiriləcək "Neftçi" – "Rubin" oyunu saat 21:00-da başlanacaq.
