“Neftçi” Rauf Əliyevi göndərdi – RƏSMİ
08.01.2020 , 17:45

“Neftçi” hücumçusu Rauf Əliyevlə yolları ayırıb.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi futbolçuyla müqaviləyə birtərəfli şəkildə xitam verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Rauf Əliyev bu mövsüm “Neftçi”nin heyətində 15 oyunda meydana çıxıb, 2 qola imza atıb.
