“Neftçi” “Rapid”ə qalib gəldi
04.08.2022 , 23:00

“Neftçi” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.
Korner.az xəbər verir ki, Laurentsiu Regekampfın rəhbərlik etdiyi kollektiv Bakıda Avstriyanın “Rapid” (Vyana) klubunu qəbul edib. “Bakcell Arena”da keçirilən görüşdə “Neftçi” 2:1 hesabı ilə qalib gəlib.
Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.
Bu cütün qalibi pley-off mərhələsində “Konyaspor” (Türkiyə) – “Vaduts” (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun
4 avqust
21:00. “Neftçi” (Azərbaycan) – “Rapid” (Vyana, Avstriya) – 2:1
Hakimlər: Dario Bel, Maryan Tomas, Kristian Novosel, Tixomir Pein (hamısı Xorvatiya)
“Bakcell Arena” stadionu
