“Neftçi” Konfrans Liqasında mübarizəni dayandırdı
12.08.2022 , 01:05
“Neftçi” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.
Korner.az xəbər verir ki, “ağ-qaralar” Avstriyada “Rapid” (Vyana) klubunun qonağı olub.
“Allianz” stadionunda keçiriləəən görüşdə meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib. Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyindən əlavə vaxta rhtiyac duyulub. Bu hissədə də meydan sahibləri 1 top vuraraq, pley-offa vəsiqəni təmin edib.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu
11 avqust
22:30. “Rapid” (Vyana, Avstriya) – “Neftçi” (Azərbaycan) – 2:0
Qol: Marko Qrül, 67, Druif, 113
Hakimlər: Rohit Saqqi, Qeyr İsaksen, Morten Yensen, Sivert Öksnes Amland (hamısı Norveç)
Vyana, “Allianz” stadionu