“Bakı” ilə yoxlama oyununda rəqib oyunçunu vuran “Neftçi”li Erik Ramos klubu tərəfindən cəzalandırılıb.
Bu barədə Korner.az-a “ağ-qaralar”ın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə deyib.
Lakin Abbaszadə cəzanın nədən ibarət olduğunu açıqlamayıb: “Bu, klubdaxili məsələdir və açıqlanması doğru deyil”.
Xatırladaq ki, Ramos etdiyi hərəkətə görə bir neçə gün bundan əvvəl klubun rəsmi saytı vasitəsilə üzr istəmişdi
