“Neftçi” rəhbərliyi çempionları təbrik etdi
10.02.2020 , 18:48
“Neftçi”nin U-11 komandası Azərbaycanın əməkdar məşqçisi, SSRİ-nin idman ustası, 1966-cı ilin bürünc mükafatçısı Valeri Hacıyevin xatirəsinə həsr olunmuş turnirin qalibi olub.
Korner.az xəbər verir ki, bununla əlaqədar olaraq paytaxt klubunun prezidenti Kamran Quliyev, vitse-prezidenti Elnur Eyvazov və idman direktoru Ceyhun Sultanov sözügedən kollektivin üzvləri ilə görüşüb. Klub rəhbərliyi xatirə turninin qalibi olmuş U-11 komandasının üzvlərini təbrik ediblər.