Bu gün Azərbaycan Premyer Liqasında XX tura start veriləcək.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun açılış matçında "Neftçi" "Rəvan"la üz-üzə gələcək. "Bakcell Arena"da keçiriləcək oyunda meydan sahibi qismində "Rəvan" çıxış edəcək. Oyun saat 16:30-da start götürəcək.
5 fevral (cümə)
Azərbaycan Premyer Liqası, 20-ci tur
“Neftçi” – “Rəvan” – 1:1
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, Ziya Nəsirov
Bakı. "Bakcell Arena".
