Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində Albaniyada keçiriləcək "Skenderbu" – "Neftçi" matçı UEFA-nın tələbi ilə başqa stadionda keçirilə bilər. Məsələ burasındadır ki, Korçedə keçirilməli olan oyun üçün sifariş edilən stadionun azarkeş tutmu cəmi 7 mindi. Bundan əlavə sözügedən arenaya hava limanının olmaması da öz təsirini göstərə bilər. Bu barədə xəbərlə "Skenderbu"nun "facebook"dakı rəsmi səhifəsində yayımılanmışdı.
“Neftçi” klubunun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə Korner.az-a verdiyi açıqlamada bunlardan xəbərsiz olduqlarını və onlara rəsmi müraciət edilmədiyini bildirib:
"Bizə bu haqda xəbərdarlıq edilməyib. İstisna deyil ki, Malta "Sliema"sının "Xəzər Lənkəran"la oyuna bir neçə gün qalmış arenaya dəyişiklik etməsi halını "Skenderbu" etməsin. Onlar mərhələ adlamaq üçün əllərindən gələni edəcəklər. Lakin bizim üçün fərqi yoxdu. İnanırıq ki, bu mərhələni keçəcəyik".
