Mövsümü çempion olaraq qapayan "Neftçi" növbəti transferini reallaşdırıb. Korner.az-ın məlumatına görə, "ağ qaralar" 22 yaşlı sol cinah müdafiəçisi Bruno Bertuççi ilə anlaşıb. Braziliyalı futbolçu “Neftçi”nin Boludakı düşərgəsinə gəlib. Onunla bu gün rəsmi müqavilə bağlanıb və “Neftçi”nin forması təqdim olunub. Bu xəbəri "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə də təsdiqləyib. Klub rəsmisi Korner.az-a açıqlamasında bunu həqiqət olduğunu bildirib:
"Bəli, Bruno Bertuççinin keçidi, demək olar ki, həll olunub. Bu barədə yaxın saatlarda rəsmi açıqlama verəcəyik".
