“Neftçi”nin vitse-prezidenti Tahir Sülemanovla Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadəni ağır cəza gözləyir.
Korner.az-ın məlumatına görə, buna səbəb klub rəsmilərinin qaydaları pozması olub.
Belə ki, Topaz Premyer Liqasının XVIII turunun AZAL – “Neftçi” matçında Abbaszadə 83-cü dəqiqədə, Sülemanov isə oyundan sonra hakimləri təhqir etdiyi üçün AFFA İntizam Komitəsinin qərarı ilə 5 oyunluq cəzalandırılmış, klub 5000 manat cərimələnmişdi.
Lakin dünən Tahir Süleymanov Lənkəran şəhər stadionun VİP-lojasında görünüb. Gündüz Abbaszadə isə mətbuat konfransının keçirildiyi zala daxil olub. Bu səbəbdən AFFA “Neftçi”ni cəzalandıracaq.
