AFFA-nın təşkil etdiyi U-15 liqasında növbəti turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, “Neftçi” PFK-nın U-15 komandası 26-cı turda “Əlincə” klubunun qonağı olub.
Görüş baş məşqçi Adil Mahmudovun yetirmələrinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Neftçi”nin qollarından ikisini Məhəmməd Məmmədov, birini isə Bəşir Aylanov vurub.
