Ölkə futbolu

“Neftçi” Rəhman Hacıyevlə müqavilə yeniləyib, icarəyə verdi

08.07.2020 , 16:45

“Neftçi” futbolçu Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb.

Korner.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə gələn mövsümün sonunda bitməli olan anlaşma daha 1 illiyə artırılıb. Rəhman Hacıyev gələn mövsümün sonunadək “Keşlə” klubuna icarəyə verilib.

Qeyd edək ki, Rəhman Hacıyev “Neftçi”də keçirdiyi 6 mövsüm ərzində 166 oyunda meydana çıxıb, 16 qol vurub.

Son yazılar

Yuxarı