“Neftçi” rəhbərliyi buna biganə qalmayacaq – Mükafat vəd olundu!
28.02.2025 , 10:00

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Neftçi” “Kəpəz”i qonaq edəcək.
İlk matçda rəqibinə 2 cavabsız qolla qalib gələn “ağ-qaralar” yarımfinalın bir addımlığındadı. Əgər paytaxt klubu cavab görüşündə müsbət nəticə qazansa və adını yarımfinala yazdırsa, klub rəhbərliyi futbolçuların bu uğuruna biganə qalmayacaq. Belə ki, komanda üzvlərinin hər biri mərhələ adlanacağı təqdirdə 3000 manat mükafat qazanacaq.
İki oyuna əsasən, meydana daha sonradan girənlər bu rəqəmin 75, meydana çıxmayanlar isə 50 faizini qazanacaq.
Qeyd edək ki, “Neftçi” yarımfinala yüksəlsə, “Sabah”la qarşılaşacaq.
Mina Musayeva
