“Neftçi” “Qaziantep”lə heç-heçə etdi
14.07.2022 , 19:05

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi” bu gün sonuncu yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, Laurentsio Regekampfın baş məşqçi olduğu komanda Türkiyə Super Liqasında çıxış edən “Qaziantep”lə üz-üzə gəlib. Görüş qolsuz bərabərliklə bitib – 0:0.
Boludakı ilk yoxlama matçında “Sakaryaspor”la 1:1 hesablı heç-heçə edən “ağ-qaralar” növbəti görüşündə “Sivasspor”a uduzub – 0:1.
