Azərbaycan Premyer Liqasında artıq demək olar bütün klublarımız təlim-məşq toplanışı üçün ölkədən kənara çıxıblar.
Korner.az-ın məlumatına görə, "Kəpəz" də nəhayət təlim-məşq keçəcəyi yeri qərarlaşdırıb. Fuad İsmayılovun yetirmələri Gürcüstana yollanacaq. Gəncəlilər burada 3 yoxlama görüşündə qüvvəsini sınayacaq.
Qeyd edək ki, qərb təmsilçisi ötən mövsüm yay təlim-məşq toplanışı çərçivəsində Türkiyəyə yollanmışdı.
