“Neftçi” “Qarabağ”la oyunun hazırlığına başladı
29.01.2019 , 19:18

“Neftçi” Topaz Premyer Liqasının 15-ci turunda qarşılaşacağı “Qarabağ” ilə oyunun hazırlığına başlayıb.
Antalya toplanışından sonra fasiləyə buraxılan komanda bu gün bazasında məşqə çıxıb. Məşqdə toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Qeyd edək ki, fevralın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 18:30-da başlanacaq.
