Azərbaycan Premyer Liqasının 15-ci turunda “Qarabağ”ın qonağı olacaq “Neftçi” klubu bu oyuna ciddi itki ilə çıxacaq.
Korner.az-ın məlumatına görə, komandanın müdafiəçisi Elvin Yunuszadə cəzalı vəziyyətə düşdüyü üçün “Qarabağ”la matçı buraxacaq.
Azərbaycan Premyer Liqasının 14-cü turunda “Qəbələ” ilə keçirilən görüşdə (0:0) sarı vərəqə alan Elvin vərəqə limitini doldurub. Bu, təcrübəli futbolçunun cari mövsüm aldığı dördüncü sarı vərəqə olduğu üçün Elvin “Qarabağ”la görüşdə iştirak edə bilməyəcək.
Qeyd edək ki, Premyer Liqanın 15-ci turunun mərkəzi qarşılaşması olacaq “Qarabağ” – “Neftçi” oyunu dekabrın 7-də keçiriləcək.
