“Neftçi” “Qarabağ”la oyuna hazırlaşır
01.05.2023 , 20:38
“Neftçi” Premyer Liqanın 32-ci turunda qarşılaşacağı “Qarabağ”la oyunun hazırlığını yekunlaşdırıb.
Korner.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıblar.
Hazırlıq prosesində toplu və taktiki çalışmalar icra olunub.
“Neftçi” – “Qarabağ” oyunu mayın 2-də “Bakcell Arena”da keçiriləcək. Görüşə saat 20:00-da start veriləcək.