“Neftçi” “Qarabağ”la heç-heçə etdi
25.01.2020 , 16:27

“Neftçi-2” təlim-məşq toplanışında üçüncü yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, əvəzedicilər “Qarabağ-2” ilə heç-heçə edib – 1:1. “”Neftçi”nin bazasında baş tutmuş görüşdə “ağ-qaralar”ın qolunu Hüseyn Hüseynzadə vurub.
“Neftçi-2” bundan əvvəlki sınaq matçlarında “Qaradağ Lökbatan”a (3:2) və MOİK-ə (4:0) qalib gəlmişdi.
