Bu gün Azərbaycan Premyer Liqasının 14-cü turunda daha bir oyun keçiriləcək.
Korner.az-ın məlumatına görə, turun mərkəzi qarşılaşması "Bakcell Arena"da keçiriləcək. Burada lider "Qarabağ" "Neftçi"nin qonağı olacaq.
Qarşılaşma saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Premyer Liqanın 14-cü turuna sabah keçiriləcək “Qəbələ” – “Rəvan” oyunu ilə yekun vurulacaq.
29 noyabr (bazar)
Azərbaycan Premyer Liqası, 14-cü tur
17:00. “Neftçi” – “Qarabağ” 1:0
Qol: Rəhman Hacıyev, 62
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov
8-ci km qəsəbə stadionu.
