“Topaz” Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları üçün əmsallarını açıqlayıb.
Korner.az-ın məlumatına görə, mərc oyunları operatoru bu gün meydana çıxacaq “Neftçi” və “Qarabağ” üçün də pul qoyuluşu qəbul edəcək.
“Topaz” “flaqman”ı ağdamlılarla müqayisədə daha şanslı sayır. Bunun üçün ilk oyunda “Partizan”a 2:3 hesabı ilə uduzan “Neftçi”nin qələbəsi 2,30, serblərin qalib gəlməsi 2,45 əmsalla qiymətləndirilib. Matçda heç-heçə 3,20 əmsaldır.
“Qarabağ”ın “Tvente” ilə səfər görüşündə qələbəsi 5,00 əmsaldır. İlk matçda Bakıda 0:0 hesablı heç-heçə edən hollandların qalib gəlməsinə 1,50 əmsal verilib. Qarşılaşmada yenə heç-heçə olmasına inananlar isə qoyduqları pulu 3,50 dəfə artırmaq imkanı əldə edəcəklər.
