“Qarabağ”dan darmadağın, “Zirə” “Sabah”a qarşı
08.11.2020 , 18:58

Bu gün Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.
Korner.az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutub.
Əvvəlcə “Bakcell Arena”da “Neftçi” “Qarabağ”ı qəbul edib. Ağdam təmilçisi bu görüşdə darmdağınla qalib gəlib – 6:0.
Günün sonuncu matçında isə “Sabah” Masazırda “Zirə” ilə üz-üzə gəlib. Masazır təmilçisi bu görüşdə məğlub olub – 0:1.
Qeyd edək ki, ilk oyun günündə “Keşlə” “Qəbələ”ni 3:1, “Səbail” “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib.
Azərbaycan Premyer Liqası
IX tur
8 noyabr
15:00. “Neftçi” – “Qarabağ” – 0:6
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Orxan Məmmədov
Bakı. “Bakcell Arena”.
17:00. “Sabah” – “Zirə” – 0:1
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Nahid Əliyev, Fərid Hacıyev
Masazır. “Bank Respublika Arena”.
