Derbidə “Qarabağ” sevindi
16.02.2025 , 20:54

Bu gün Misli Premyer Liqasında XXIII turun daha iki oyunu keçirilib.
Korner.az xəbər verir ki, günün ilk görüşü Tovuzda baş tutub.
“Turan Tovuz” “Araz-Naxçıvan”la qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib.
Günün maraqla gözlənilən matçında isə “Qarabağ” “Neftçi” ilə qarşılaşıb. Derbidə sevinən tərəf Ağdam klubu olub – 1:0.
Misli Premyer Liqası
XXIII tur
16 fevral
16:00. “Turan Tovuz” – “Araz-Naxçıvan” – 1:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabarov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu
19:00. “Neftçi” – “Qarabağ” – 0:1
Qol: Marko Yankoviç, 89 – pen.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Neftçi Arena”
