“Neftçi” “Qarabağ” üçün hazırlaşır
28.09.2022 , 16:08

“Neftçi” Premyer Liqanın VIII turunda qarşılaşacağı “Qarabağ”la oyunun hazırlığını davam etdirir.
Korner.az xəbər verir ki, bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqdə milli komandaların düşərgəsindən qayıtmış futbolçular – Emin Mahmudov, Eddi İsrafilov və Yeqor Boqomolski də iştirak ediblər. Solomon Kvirkveliya isə hazırlığa sabahdan etibarən qatılacaq.
“Qarabağ” – “Neftçi” oyunu oktyabrın 1-i saat 18:00-da “Azersun Arena”da keçiriləcək.
