Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilmiş "Neftçi" – "Qarabağ" matçını izləyənlər arasında qonaq komandanın əcnəbi futbolçularının ailə üzvləri də olub.
Korner.az-ın məlumatına görə, "Qarabağ"ın Albaniya və Braziliyadan olan legionerlərinin ailələri tribunada öz ölkələrinin bayraqlarını açaraq dəstək olublar.
