“Neftçi” – “Qarabağ” matçının vaxtı açıqlandı
15.05.2021 , 10:50

Premyer Liqada son turun oyun cədvəli məlum oldu.
Korner.az xəbər verir ki, çempionu müəyyənləşdirəcək “Neftçi” – “Qarabağ” matçı mayın 19-u, saat 20:30-da start götürəcək.
Eyni gündə keçiriləcək turun iki görüşü “CBC Sport” telekanalı vasitəsilə, digər iki qarşılaşma isə PFL-in saytında canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası
XXVIII tur
19 may (çərşənbə)
“Səbail” – “Sumqayıt”
“ASCO Arena”, 18:00 (canlı/Pfl.az)
“Sabah” – “Zirə”
“Bank Respublika Arena”, 18:00 (canlı/”CBC/Sport”)
“Keşlə” – “Qəbələ”
“ASK Arena”, 18:00 (canlı/Pfl.az)
“Neftçi” – “Qarabağ”
“Dalğa Arena”, 20:30 (canlı/”CBC/Sport”)
