“Neftçi” – “Qarabağ” matçının hakim təyinatları
02.04.2024 , 14:43

Azərbaycan kubokunda yarımfinalın ilk oyunlarına hakim təyinatları açıqlanıb.
Korner.az PFL-in saytına istinadən xəbər verir ki, matçlar adları aşağıda qeyd olunan hakimlərə tapşırılıb:
2 aprel (çərşənbə axşamı)
20:00.“Neftçi” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Rəşad Əhmədov
“Neftçi Arena”
3 aprel (çərşənbə)
19:00. “Zirə” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Tural Qurbanov
Zirə İdman Kompleksinin stadionu
