Premyer Liqanın həftəsonu baş tutacaq 30-cu turunun dörd oyunu canlı yayımlanacaq.
Korner.az-ın məlumatına görə, şənbə günü oynanılacaq "Rəvan" – "Kəpəz" (16.30) və bazar günü oynanılacaq "Neftçi" – "Qarabağ" (17:00) oyununu azarkeşlər "İdman-Azərbaycan" kanalı ilə izləyə biləcəklər. Liderin qarşılaşmasının ardınca "İdman Azərbaycan" "İnter" – "Xəzər Lənkəran" görüşünü yayımlayacaq.
Həmçinin "Qəbələ" – "Bakı" matçı da bazar günü saat 17:00-da "Lider" TV-də canlı yayımlanacaq.
